"Sabah"ın hücumçusu İshak Belfodil Premyer Liqanın 34-cü turunun "Qəbələ" ilə matçında komandasına kömək edə bilməyib.
Sportal.az saytına verilən məlumata görə, 32 yaşlı forvard zədəlidir.
Əlcəzairli futbolçu bu həftə məşqlərə başlayacaq. Təcrübəli hücumçunun mövsümün son ilk matçında oynayıb-oynamayacağı bəlli deyil.
Qeyd edək ki, İshak Belfodil bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi