"Sabah" Abşeronda futbolçular seçdi

21:31 - 16 May 2024

“Sabah” Futbol Akademiyasının “Azərlotereya”nın təşkilatçılığı ilə Abşeron İdman Olimpiya Kompleksində keçirilən seçimlərinə yekun vurulub.

Sportal.az xəbər verir ki, 2010-2015-ci il təvəllüdlü uşaqların iştirak etdiyi seleksiyaya maraq çox böyük olub.

Belə ki, seçimlərdə 600-dən çox azyaşlı iştirak edib. 52 uşaq seçimlərin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Xəbər xətti