"Futbolçularım mövsümü məndən daha yaxşı keçirdi"

21:22 - 20 May 2024

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportal.az xəbər verir ki, “Marca”ya danışan argentinalı mütəxəssis “Atletiko”nun futbolçularının ondan daha yaxşı mövsüm keçirdiyini bildirib:

“Futbolçularım mövsümü məndən daha yaxşı keçirdi. Bu mövsümün nə müsbət, nə də mənfi tərəflərini görə bilirəm. Təbii ki, nə vaxtsa səhv seçim etmişəm və bu da uğursuz nəticələrə gətirib çıxarıb. Amma mühakimə yürütmürəm. Mən həmişə daha yaxşı olmaq istəyirəm. Futbolçularım yaxşı mövsüm keçirdilər, mən isə yox”.

Qeyd edək ki, "Atletiko" sona bir tur qalmış İspaniya Primerosunda 73 xalla 4-cü pillədədir. 

Xəbər xətti