Təcrübəli futbolçu İngiltərə millisinə cəlb edilməyəcək - Avropa çempionatında oynamayacaq

13:49 - 21 May 2024

İngiltərə millisinin təcrübəli futbolçusu Cordan Henderson Avropa çempionatında oynamayacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, millinin baş məşqçisi Qaret Sautqeyt "Ayaks"ın yarımmüdafiəçisini AVRO-2024 üçün milliyə cəlb etməyib. 

Buna səbəb isə Hendersonun performansı təsir edib.

Qeyd edək ki, ötən yay "Liverpul"u Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubuna dəyişmiş Cordan sonradan "Ayaks"a keçmişdi. 

Xəbər xətti