Yaponiyalı futbolçu Musa Qurbanlı haqda: "Mənə çox köməklik göstərdi"

13:35 - 22 May 2024

"Yurqorden"in müdafiəçisi Keyta Kosuqi komanda yoldaşı Musa Qurbanlı haqda danışıb.

Sportal.az xəbər verir ki, "Aftonbladet"ə danışan yaponiyalı millimizin hücumçusu ilə dostluğundan, ona İsveç klubuna adaptasiya olması üçün köməklik göstərməsindən söhbət açıb: 

"Komandada ən yaxşı münasibətim kimlədir? Hücumçu Musa Qurbanlı ilə. Həmişə birlikdə məşqlərə gedirik. Məni tez-tez şam yeməyinə dəvət edir. Hindistan və Efiopiya mətbəxinin yeməklərini yemişik. Qurbanlı mənə çox qayğı göstərirdi. Komandaya adaptasiya olmağıma köməklik göstərdi".

Qeyd edək ki, Musa 2023-cü il iyulun 7-də "Yurqorden"lə müqavilə imzalayıb. O, 2026-cı il iyunun 30-na qədər İsveç klubuna məxsusdur. 

Xəbər xətti