"Neftçi"də oynamış futbolçu karyerasını başa vurdu

17:38 - 23 May 2024

"Neftçi"nin sabiq üzvü karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, söhbət Petr Rakudan gedir. Moldovalı aktiv futbolçu karyerasını sonlandırıb. 

Son olaraq “Milsami”də çıxış etmiş Raku futbol sahəsində çalışacaq. “Zimbru”, “Nörçöppinq”, “Veris”, “Şerif”, “Petrolul” klublarında oynamış Raku 2019-cu ildə “Neftçi”yə keçmişdi.

Bakı klubunda möhkəmlənə bilməyən moldovalı Azərbaycanı tərk edib Rumıniyaya yollanmış və “Petrolul” klubu ilə anlaşmışdı.
 

Xəbər xətti