"Qarabağ"ın futbolçusu Kameruna qarşı oynayacaq

09:34 - 25 May 2024

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde milli komandasına dəvət edilib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Kamerun (8 iyun) və Liviyaya (11 iyun) qarşı keçiriləcək oyunlarda millisinə kömək edəcək.

31 yaşlı futbolçu 2023-cü il iyulun 15-də "Qarabağ"a qayıdıb və 2025-ci il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Xəbər xətti