"Sabah"ın futbolçusu Abdulla Xaybullayev yenidən Gürcüstana yollana bilər.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi “Samtrediya”nın transfer siyahısındadır.
Gürcüstan yüksək liqasında çıxış edən klub 22 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır.
Xaybullayevin “Sabah”la müqaviləsi 2025-ci il dekabrın 31-nə qədərdir.
Qeyd edək ki, ötən il “Samtrediya”da çıxış edib. Bu klub hazırda yüksək liqada 17 turdan sonra 10 xalla sonuncu pillədədir.