"Yuventus"un futbolçusu İngiltərə yolunda

19:30 - 12 İyun 2024

"Yuventus"un futbolçusu Matias Sule karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Vest Hem" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London təmsilçisi 21 yaşlı ön xətt oyunçusu üçün İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Matias Suleni 2020-ci ilin yanvar ayında "Veles Sarsfild" akademiyasından transfer edib. Argentina U-23 millisinin üzvü son mövsümü icarə əsasında "Frozinone"də çıxış edib.

Xəbər xətti