Yeni mövsüm üçün heyətini gücləndirməyə çalışan "Sabah" bir futbolçunun keçidini həll edib.
Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Coy-Lens Mikelsi yenidən heyətinə qatıb.
Azərbaycanı tərk etdikdən sonra Səudiyyə Ərəbistanının "Əl-Feysəli" klubunda oynamış almaniyalı yarımmüdafiəçi "Sabah"a qayıtmağa razı olub.
Yaxın vaxtlarda tərəflərin rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, onun xidmətində "Neftçi" də maraqlı idi. Mikels Səudiyyə Ərəbistanına yollanana qədər "Sabah"ın heyətində 69 oyun keçirib, 33 qol vurmuşdu.
saytlarin hazirlanmasi