Bölgə klubu kapitanı ilə müqavilə müddətini artırdı

21:23 - 14 İyun 2024

"Şamaxı" növbəti mövsüm ərəfəsində heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, geridə qalan mövsümdə komandanın kapitanı olan Emin Zamanovla yeni müqavilə imzalanıb.

Yarımmüdafiəçi daha bir il “Şamaxı” forması geyinəcək.

Bölgə təmsilçisi daha əvvəl Səbayıl Bağırov və Abdulla Seydəhmədovla da yeni müqavilə bağlamışdı.

Xəbər xətti