Ötən mövsümü Türkiyədə keçirmiş millimizin üzvünə Premyer Liqa klublarından təklif var

15:08 - 15 İyun 2024

Ötən mövsümü Türkiyədə “Tuzlaspor” klubunda keçirmiş Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin yeni mövsümə hansı klubda başlayacağı qeyri-müəyyən olaraq qalıb. Onun komandası “Tuzlaspor” ötən mövsümün yekunlarına əsasən birinci liqadan ikinci liqaya düşüb. Belədə, onun bu klubda oynamayacağı, Türkiyə birinci liqasında yarışan başqa komandaya keçəcəyi gündəmə gəlib.
 
Sportal.az saytına verilən məlumata görə, Həsənalızadə Azərbaycan klublarından təklif alıb. “Araz-Naxçıvan”dan sonra “Şamaxı” və “Kəpəz” də Bəxtiyar üçün təklif göndərib.  Millimizin müdafiəçisi bu klubların təkliflərinə yaxın günlərdə cavab verərək, yeni mövsümə hansı komandada başlayacağını dəqiqləşdirəcək.

Xəbər xətti