İrlandiya klubunun futbolçusu "Sabah"a keçə bilər

14:22 - 16 İyun 2024

2024/2025 mövsümündə ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” transfer çalışmalarını davam etdirir. Coy-Lens Mikkelsi geri qaytaran Masazır klubu daha bir legionerlə maraqlanır. 

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqa klubunun məşqçilər korpusunun diqqətini “Qlentoran”ın vingeri Daire Okonnor cəlb edib.

İrlandiyalı futbolçu “Kork Siti”, “Kliftonvil”, “Ayr Yunayted” komandalarında oynadıqdan sonra 2023-cü ildə “Qlentoran”a keçib.

Onun İrlandiya klubu ilə müqaviləsi 2025-ci il mayın 31-nə qədərdir. 

Xəbər xətti