Renduliçin Amin Seydiyev planı - millimizin üzvü ilə fərdi çalışır

16:30 - 17 İyun 2024

Krunoslav Renduliçin gəlişindən sonra həm "Sabah"ın oyununda, həm də ayrı-ayrılıqda futbolçuların çıxışında dəyişiklik hiss olunur. Bu, xorvat mütəxəssisin futbolçuların qarşısında qoyduğu tələblərlə bağlıdır.

Sportal.az saytının əldə etdiyi məlumata görə, Renduliç "Sabah"a gələndən sonra Amin Seydiyevlə fərdi çalışmağa başlayıb. Məsələ burasındadır ki, Murad Musayevin dönəmində millimizin müdafiəçisi hücuma az-az qoşulurdu. Rusiyalı mütəxəssis müdafiənin sol cinahında yer alan Letiçdən daim hücuma getməyi tələb edirdisə, Aminin irəli çıxmamasını tapşırırdı. 

Bu mənada fərqli düşüncəyə malik olan Renduliç Amin Seydiyevdən daim hücumlara qoşulmağı, irəlidə də aktiv olmağı tələb edir. Xorvat mütəxəssis hər məşqdən sonra Aminlə fərdi hazırlıq keçir. O, düşünür ki, millimizin müdafiəçisi bir qədər də artıra, komandaya daha çox xeyir verə bilər. Buna görə də, Renduliç Aminin hücum keyfiyyətlərini artırmağa çalışır. 

Xəbər xətti