"Beşiktaş" La Liqadan hücumçu transfer edir

17:50 - 18 İyun 2024

Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Real Sosyedad"da çıxış edən Şeraldo Bekeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" 29 yaşlı forvard üçün İspaniya klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, "Real Sosyedad" Şeraldo Bekeri bu ilin yanvar ayında "Union Berlin"dən transfer edib. Surinam millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti