"Real"ın futbolçusu Səudiyyə Ərəbistanına üz tutur

20:49 - 20 İyun 2024

İyun ayının sonunda "Real"la müqaviləsi başa çatan Naço Fernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Əl-Qadsiah"a keçə bilər. Bu barədə L'equipe" nəşri məlumat yayıb.

İspan futbolçu ərəblərlə danışıqlar aparır. Keçidin qısa müddətdə tamamlanacağı bildirilir.

Qeyd edək ki, Naço "Real"ın yetirməsidir. Təcrübəli mərkəz müdafiəçisi karyerası boyunca yalnız bu klubda çıxış edib. İspaniya millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti