İngilis futbolçu "Fənərbaxça"dan ayrılacaq

15:55 - 22 İyun 2024

"Fənərbaxça"da komandadan ayrılacaq ilk oyunçu məlum olub.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Rayan Kentlə yollarını ayıracaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Baş məşqçi Joze Mourinyo ingilis vingeri heyətdə düşünmür. 27 yaşlı futbolçunun müqaviləsi ləğv olunacaq.

Qeyd edək ki, Rayan Kent 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti