İsrailin "Makkabi"(Hayfa) klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan "Sabah"a müraciət edib.
Sportal.az İsrailin "One" portalına istinadən xəbər verir ki, Hayfa təmsilçisi Azərbaycan klubuna matçların yerlərinin dəyişdirilməsi haqda təklif göndərib.
Belə ki, "Makkabi" tərəfi "Sabah"a püşkatmadan sonra məlum olduğu kimi, cavab oyunun deyil, ilk matçın Azərbaycanda keçirilməsini istəyib. Üstəlik, maddi-texniki çətinliklər səbəbindən "Makkabi" ev matçını əvvəlcədən planlaşdırıldığı kimi Macarıstanda deyil, Bolqarıstanda keçirmək niyyətindədir.
Qeyd edək ki, ikinci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
saytlarin hazirlanmasi