"Sabah"ın rəqibində qeyri-müəyyənlilik: Əcnəbilər ayrılacaq?

13:22 - 23 İyun 2024

“Makkabi”nin (Hayfa) Konfransı Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”la qarşılaşacaqları oyundan əvvəl qeyri-müəyyənliklə üzləşib. 

Sportal.az İsrailin “ONE” portalına istinadən xəbər verir ki, komandada əcnəbi futbolçularla bağlı vəziyyətin necə olacağı hələ ki, bəlli deyil. 

Hazırda klub legionerləri komandada saxlamağın yolunu tapa bilmir. Çünki bəzi əcnəbi futbolçular İsraildəki müharibə səbəbindən komandada oynamaqdan imtina edə bilər. 

Qeyd edək ki, "Sabah" - "Makkabi" matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Xəbər xətti