"Sabah" heyətini xorvatiyalı ilə futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Germanijak” portalı məlumat yayıb.
Xorvatiyalıların iddiasına əsasən, “bayquşlar” yaxın vaxtlarda İvan Lepinitsa ilə müqavilə imzalayacaq.
“Sabah”ın həmin yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacağı gözlənilir. Üstəlik, "Sabah" 24 yaşlı yarımmüdafiəçinin keçidi üçün Xorvatiyanın "Slaven Belupo" klubuna 400 min avro (təxminən 730 min manat) ödəyəcək. “Riyeka”nın yetirməsi “Zadar”, “Arminiya”(Bilefeld) komandalarında da oynadıqdan sonra 2023-cü ildə “Slaven Belupo”ya keçib.
Dayaq yarımmüdafiəçisinin hazırkı komandası ilə müqaviləsi 2025-ci il mayın 31-nə qədərdir.
saytlarin hazirlanmasi