"Sabah" yamaykalı vinger Kahim Parrisi Ukraynanın "Dinamo" (Kiyev) klubundan transfer edib.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kahim ötən mövsümdə "Sabah"da icarə əsasında çıxış edib. O, Masazır təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi