"Sabah"ın futbolçusu Veysəl Rzayev son iki mövsümü icarə əsasında "Turan Tovuz"da keçirib. U-21 millimizin üzvü hazırda Masazır təmsilçisinin yeni mövsüm üçün hazırlıq prosesində iştirak edir.
21 yaşlı yarımmüdafiəçinin 2024/2025 mövsümünə hansı klubda başlayacağı bilinmir. Gənc oyunçunun gələcəyi ilə bağlı "Sabah"ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. Sportal.az saytına danışan klub rəsmisi hansı futbolçuların icarəyə veriləcəyinin hələ məlum olmadığını bildirdi:
"Veysəl hazırda komanda ilə birlikdə məşq edir. Gənc futbolçulardan kimlərin növbəti mövsümdə də komandada qalacağına, kimlərinsə icarəyə veriləcəyinə yaxın günlərdə aydınlıq gələcək".
saytlarin hazirlanmasi