"Sabah" nigeriyalı hücumçu ilə yollarını ayırdı - RƏSMİ

21:12 - 2 İyul 2024

“Sabah” FK hücumçu Emmanuel Apehlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi Apehə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Emmanuel Apeh 2022-ci ilin yayından "Sabah"da çıxış edirdi. 27 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 75 rəsmi matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti