İsrailin “Makkabi” klubunun baş məşqçisi Barak Baxar komandasının mövsümün startına, xüsusən də Konfrans Liqasının 2-ci turunun “Sabah”a qarşı keçirəcəkləri oyunlara hazırlığından danışıb.
Sportal.az xəbər verir ki, Hayfa klubunun çalışdırıcısı "Sabah"la ilk matça qədər tam hazır olmaq istədiklərini söyləyib:
"Bir həftə yarım əvvəl işə çalışmalara başlamışıq. Komandanı komplektləşdirmək, yeni və köhnə futbolçuları, yeni və köhnə komandanı sintez etmək üçün hələ çox iş görməliyik. Komandada hər kəs İspaniyadakı təlim-məşq toplanışında çox çalışmaq üçün gözləyirdi. Məqsəd yeni mövsümün ilk rəsmi oyunları - "Sabah" və Toto Kubokunun təsnifat mərhələsində “Hapoel Beer Şeva” ilə görüşə mümkün olan ən yaxşı vəziyyətdə hazır olmaqdır. Buna nail olmaq üçün yollarımız var, ona görə də çox çalışmaq vacibdir. Hər kəs 100 faizini verməlidir. İnanıram ki, İspaniyadan İsrailə hazır dönəcəyik".
Xatırladaq ki, “Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.
saytlarin hazirlanmasi