"Sabah"ın rəqibi yenə qalib gəldi

10:17 - 8 İyul 2024

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan “Makkabi”(Hayfa) yoldaşlıq oyunu keçirib. 

Sportal.az xəbər verir ki, Barak Baharın komandası Andorranın "Atletik” klubu ilə üz-üzə gəlib. 

Görüş "Makkabi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bundan əvvəl israillilər İspaniyada təlim-məşq toplanışında olan Andorranın digər təmsilçisi “İnter”ə qalib gəlmişdi (3:1).
 

Xəbər xətti