"Sabah"ın yeni transferi Pavol Şafranko bu kluba keçidi ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən slovakiyalı Masazır təmsilçisi ilə anlaşdığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib:
"Sabah"la müqavilə imzaladığımız üçün çox şadam. Bu mənim üçün yeni çağırışdır. Əsas məqsəd bu heyrətamiz komanda ilə yeni uğurlara imza atmaqdır. Mümkün qədər çox qol vuraraq komandaya kömək etmək istəyirəm. Mənim böyük qardaşım – Yan da futbolçudur.Məşhurlardan güclü xarakterinə və zəhmətkeşliyinə görə Kriştiano Ronaldonu çox bəyənirəm. Azarkeşlərimizə deyə bilərəm ki, gəlib bizi dəstəkləsinlər. Söz verirəm ki, komanda yoldaşlarım və mən meydanda əlimizdən gələni edəcəyik".
saytlarin hazirlanmasi