"Sabah" Serbiya klubu ilə heç-heçə etdi

21:27 - 10 İyul 2024

Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Serbiyanın "Çukariçki" klubu ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Sabah" Sloveniyada keçirdiyi ilk hazırlıq matçında yerli "Koper"i 1:0 hesabı ilə məğlub edib.


Xəbər xətti