"Lepinitsa "Sabah"da özünü yaxşı tərəfdən göstərə biləcək"

11:49 - 12 İyul 2024

"İvan Lepinitsa haqda nəsə deyə bilməyəcəm. Çünki ötən mövsüm onu çox da diqqətlə izləmədim. Amma təbii ki, bu futbolçunu tanıyıram və necə futbolçu olduğunu da bilirəm. “Sabah”a keçidindən də məlumatlıyam".

Bu sözləri Sportal.az saytına açıqlamasında Matiya Şpiçiç deyib. Vaxtı ilə Azərbaycanda legioner həyatı yaşamış Matiya "Sabah"ın yeni transferi İvan Lepinitsa haqda fikirlərini söyləyib. Hazırda Xorvatiyanın yüksək liqa klubu olan "NK Qoritsa" klubunda məşqçi kimi işləyən Matiya İvanın yaxşı futbolçu olduğunu qeyd edib: 

"Lepinitsa "Arminiya"da da oynamışdı. Amma nəyə görə orada çox qalmadı, onu da bilmirəm. Hər halda, Krunoslav Renduliçin yanında getdi. Fikrimcə, "Sabah"da özünü çox yaxşı tərəfdən göstərə biləcək. Renduliçin Xorvatiyadan başqa oyunçular dəvət edib-etməyəcəyini bilmirəm. Amma Xorvatiyadan oyunçu dəvət etsə, əminəm ki, səviyyəli futbolçular olacaq".

Qeyd edək ki, İvan Lepinitsa "Sabah"la üç illik müqavilə imzalayıb.
 

Xəbər xətti