Hazırda azad agent statusunda olan ən bahalı ukraynalı futbolçular məlum olub.
Sportal.az xəbər verir ki, "Şaxtyor"la müqaviləsi başa çatan Aleksey Kaşuk siyahıya başçılıq edir. "Transfermarkt" portalı 24 yaşlı vingerin dəyərini 1,8 milyon avro olaraq təyin edib.
"Şaxtyor"dan ayrılan Yaroslav Rakitski ikinci yerdədir. Onun qiyməti 1 milyon avrodur. İlk üçlüyü Vladislav Kalitvintsev qapayır. "Oleksandriya"nın sabiq yarımmüdafiəçisinin dəyəri 600 min avro göstərilib.
Qeyd edək ki, Aleksey Kaşuk 2022-ci ilin mart ayından 2023-cü ilin iyununadək "Sabah"da çıxış edib. Ukrayna U-21 millisinin sabiq üzvü Masazır təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi