"Sabah" Ukrayna klubuna qarşı

12:52 - 13 İyul 2024

Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.

Sportal.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynanın "Krivbas" klubu ilə üz-üzə gələcək. "Brejitse Stadionu"nda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, "Sabah" Sloveniyada bundan əvvəl iki hazırlıq matçı keçirib. Masazır təmsilçisi yerli "Koper"i 1:0 hesabı ilə məğlub edib, Serbiyanın "Çukariçki" klubu ilə isə qolsuz bərabərliyə razılaşıb.

Xəbər xətti