"Sabah" ukraynalılarla heç-heçə etdi

22:58 - 13 İyul 2024

"Sabah" Sloveniya təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynanın "Krivbas" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

"Sabah"ın ilk qolunu Coy-Lens Mikels vurub. İkinci qol isə avtoqoldan qeydə alınıb.

Qeyd edək ki, "Sabah" Sloveniyada iki hazırlıq matçı keçirib. Masazır təmsilçisi yerli "Koper"ə 1:0 hesabı ilə qalib gəlib, Serbiyanın "Çukariçki" klubu ilə qolsuz heç-heçə edib.

Xəbər xətti