Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda "Sabah"la qarşılaşacaq “Makkabi”(Hayfa) daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Maor Levi Hayfa klubunu tərk etsə də, İsraildə qalıb. O, Netanya şəhərini təmsil edən “Makkabi” klubuna keçib.
Qeyd edək ki, “Sabah" - "Makkabi" matçları iyulun 25-də Macarıstanda, avqustun 1-də Bakıda keçiriləcək.