Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” klubu heyətinə yeni futbolçu qatıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Hayfa təmsilçisi Eitan Azulayla müqavilə imzalayıb.
İsrail millisinin (U-23) 22 yaşlı yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sabah"ın "Makkabi"yə qarşı ilk görüşünü iyulun 25-də Macarıstanda, cavab görüşün isə avqustun 1-də Bakıda keçirəcək.
saytlarin hazirlanmasi