Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” (Hayfa) klubu yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Barak Baxarın komandası Paris Yay Olimpiya Oyunlarında İsraili təmsil edəcək yığma komanda ilə qarşılaşıb. Görüş "Makkabi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bundan əvvəl İspaniyadakı təlim-məşq toplanışı zamanı israillilər Andorranın iki təmsilçisini: “Atletik” və “İnter”i eyni hesabla (3:1) məğlub etmişdilər.
Qeyd edək ki, “Sabah” “Makkabi”yə qarşı ilk oyununu iyulun 25-də Macarıstanda, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.
saytlarin hazirlanmasi