“Makkabi”nin “Sabah” matçından əvvəl üç komandanın dönəcəyini gözləyir İsrailin "Makkabi”(Hayfa) klubu “Sabah”a qarşı keçiriləcək Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun oyunlarına hazırlığını davam etdirir.
Sportal.az “Sport1” portalına istinadən xəbər verir ki, müdafiəçi Rami Gerşon komanda sıralarına qayıdıb və onun qarşıdakı oyunlarda yaxşı formada olacağı gözlənilir. Həmçinin yarımmüdafiəçi Eli Hajjay qismən məşqlərə başlayıb, həkimlərin fikrincə, onun “Sabah”la matçlarda iştirak etmək şansı yüksəkdir.
Cinah oyunçusu Dolev Hazizə gəlincə, o, ayağında ağrılardan əziyyət çəkir, lakin komanda onun şənbə günü Toto Kubokunun təsnifat mərhələsində “Hapoel”(Beer Şeva)ilə oyuna hazır olacağına ümid edir.
Xatırladaq ki, “Sabah” – “Makkabi” matçları iyulun 25-i Macarıstanda, avqustun 1-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi