Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək.
“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.
Qeyd edək ki, "Sabah"la "Makkabi" arasındakı ilk oyun iyulun 25-də Macarıstanda olacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi