"Araz-Naxçıvan"ın yeni transferi Felipe Santos Sportal.az saytına açıqlama verib.
2023/2024 mövsümündə “Hapoel”(Hayfa) klubunda oynamış braziliyalı Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah” və “Makkabi(Hayfa) klubları arasında keçiriləcək oyundan gözləntini bölüşüb.
Ötən mövsümü İsrail çempionatında keçirmiş Santosun fikrincə, "Sabah"la "Makkabi"nin duelində istənilən nəticə qeydə alına bilər:
"Futbolda hər şey ola bilər. Amma iki komandaya qarşı oynadığım təcrübəyə əsasən onu deyə bilərəm ki, “Makkabi”(Hayfa) “Sabah”dan öndədir. Demək olar ki, uduzmurlar. Amma hər şey ola bilər. Təki, ən yaxşısı qalib gəlsin".
Qeyd edək ki, "Sabah" "Makkabi"yə qarşı ilk oyununu iyulun 25-də Macarıstanda, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.