"Sabah" Ukrayna klubuna qarşı

11:34 - 17 İyul 2024

Bu gün “Sabah” Sloveniyada təlim-məşq toplanışında növbəti yoldaşlıq görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynanın “Rux” klubu ilə qarşılaşacaq.

Bundan əvvəl isə “Sabah” Sloveniya toplanışı çərçivəsində “Koper”(1:0), “Çukariçki”(0:0) və “Krivbass”(2:2) klubları ilə qarşılaşmışdı.

19:30 “Sabah” (Azərbaycan) – “Rux” (Ukrayna)
 

Xəbər xətti