Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynanın "Rux" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Masazır təmsilçisinin qollarını Kahim Parris və Neqoş Kapuseviç vurub.
Qeyd edək ki, "Sabah" Sloveniyada bundan əvvəl üç hazırlıq matçı keçirib. Azərbaycan təmsilçisi yerli "Koper"ə 1:0 hesabı ilə qalib gəlib, Serbiyanın "Çukariçki" və Ukraynanın "Krivbas" klubu ilə isə heç-heçə edib.
saytlarin hazirlanmasi