Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkabi"(Hayfa) İsrail millisinin futbolçusunu transfer etmək istəyir.
Sportal.az "ONE" portalına istinadən xəbər verir ki, Hayfa təmsilçisi BƏƏ-nin "Əl-Əyn" klubunda oynayan Omer Atzilinin xidmətində maraqlıdır.
Komandanın baş məşqçisi Barak Baxar "Makkabi"ni sabiq futbolçusunu geri qaytarmağı planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Onun "Sabah"la oyunlara qədər transfer ediləcəyi və sifariş ərizəsinə daxil olunacağı gözlənilir.
İsrail millisinin 30 yaşlı futbolçusu 2021-2023-cü illərdə "Makkabi"(Hayfa) klubunda oynayıb.
Xatırladaq ki, "Sabah"ın “Makkabi” ilə ilk oyunu iyulun 25-də Macarıstanda, cavab görüşü isə avqustun 1-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi