İsrailin İsrailin “Makkabi”(Hayfa) klubunun baş direktoru İtzik Ovadia Konfrans Liqasının təsnifat mərhələsinin ikinci turunun “Sabah”a qarşı Macarıstanda keçirəcəyi ev oyunundan danışıb.
Sportal.az “haipo.co.il” portalına istinadən xəbər verir ki, klubun rəsmisi həmin oyun haqda bunları deyib:
“Müharibə operativ və idman tədbirlərinə təsir etdi. Bu o deməkdir ki, biz rəqiblərimizi İsraildə qəbul edə bilməyəcəyik. Komandamız səfərdə iki oyun keçirəcək: “Sabah”la ilk oyunu Macarıstanda, ikincini isə Azərbaycanda keçirəcəyik. Keçən il 50 gündən çox xaricdə olduq. Çətindir, amma ötən mövsüm bunun öhdəsindən gəldik, uğurlu olduq. Bu mövsüm də uğurlu olmaq istəyirik”.
saytlarin hazirlanmasi