"Sabah"ın avrokubok oyununun hakimləri bəlli oldu

18:52 - 19 İyul 2024

Avropa Konfrans Liqası I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Makkabi" - "Sabah" matçının hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Natan Verbumen olacaq. Ona laynsmanlar Matias Hillaert və Ruben Vins kömək edəcəklər. Dördüncü hakim funksiyasını Uesli De Kremer yetirəcək.

Qeyd edək ki, "Makkabi" - "Sabah" matçı 25 iyul tarixində Macarıstanda "Kişvarda stadionu"nda baş tutacaq.

Xəbər xətti