Ukraynalı "Sabah"la matç haqda: "Çox həyəcanlı idim"

09:59 - 20 İyul 2024

Ukraynanın “Rux” klubunun müdafiəçisi Rostislav-Nazar Dyak Sloveniyada təlim-məşq toplanışı zamanı “Domjale” (0:3) və “Sabah”a (1:2) qarşı keçirilmiş yoldaşlıq görüşlərini şərh edib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan müdafiəçi məğlubiyyət barədə bunları deyib:

"Düzünü desəm, starta qədər çox həyəcanlı idim. Amma meydana daxil olduqdan sonra dərhal özümü toparladım, oyuna kökləndim və həyəcan getdi. Məncə, yaxşı oynadım. Amma təbii ki, həm "Sabah"ın, həm də "Domjale"nin yüksək hazırlıqda olduğu hiss edilirdi”.

Xəbər xətti