İsrailin "Makkabi" klubu "Sabah"a qarşı keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin qarşıdakı oyunları üçün heyətə üç futbolçunun adını daxil edə bilməmək təhlükəsi ilə üzləşib.
Sportal.az xəbər verir ki, müdafiəçi Lior Kasa, yarımmüdafiəçi Ziv Ben Şimol və hücumçu Suf Podqoreanu siyahıdan kənarda qala bilər.
Son bir neçə gündə Kasa 2024-cü il Paris Yay Olimpiya oyunlarında mübarizə aparmağa hazırlaşan İsrail yığmasının heyətindədir. Ben Şimol başqa kluba keçməyə yaxındır, danışıqlar astanasındadır.
Podqoreanu isə hazırlıq mərhələsindən kənarda qalıb. Yaranmış problemlərə görə, üç futbolçunun "Sabah"la oyunda olmayacağı gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Makkabi” matçları iyulun 25-i Macarıstanda, avqustun 1-də isə Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi