“Sabah”ın sabiq futbolçusu Mixeil Erqemlidze yenidən legioner həyatı yaşayacaq.
Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Kambocada oynayacaq. O, bu ölkənin iddialılarından olan “Kirivonq” klubu ilə anlaşıb.
Erqemlidze “Dinamo”(Tbilisi), “Qaqra”, “Adana Demirspor”da oynadıqdan sonra 2021-ci ilin avqust ayında “Sabah”a keçmişdi. “Kəpəz”də də icarə əsasında çıxış etmiş gürcü Azərbaycanı tərk etdikdən sonra “Brera”(Şimali Makedoniya” və “Betlemi”də(Gürcüstan) komandalarında forma geyinmişdi.
saytlarin hazirlanmasi