İsrailin “Makkabi” (Hayfa) klubu “Sabah”la Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun qarşıdakı ilk oyununa itki ilə hazırlaşır.
Sportal.az “sport5.co.il” portalına istinadən xəbər verir ki, Macarıstandakı görüşə müdafiəçi Maor Kandil və hücumçu Erik Şuranov yollanmayacaq. Kandil dizindəki problemə görə oynamayacaq.
Şuranov isə son məşqdə qasıq nahiyyəsindən zədələndiyi üçün “Sabah” önünə çıxmayacaq. Qolkiper Şarif Keuf və yarımmüdafiəçi Əli Məhəmməd, eləcə də hücumameyilli yarımmüdafiəçi Dia Saba və cinah yarımmüdafiəçisi Dolev Haziz düşərgəyə qayıdıb.
“Makkabi” – “Sabah” matçı iyulun 25-də Kişvardda, “Varkert” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
saytlarin hazirlanmasi