İsrail mətbuatı: "Makkabi" tərəfi dərk edir ki, "Sabah"ı keçmək şansı çox azdır"

12:49 - 29 İyul 2024

İsrail mətbuatı Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun “Sabah” və “Makkabi” (Hayfa) komandaları arasında Masazırda keçiriləcək cavab oyunu (ilk oyun – 3:0) haqda yazıb.

Sportal.az xəbər verir ki, "ONE" portalı Hayfa klubunun növbəti mərhələ şansının az olduğuna diqqət çəkib:

"Makkabi" dünən səhər "Sabah"a qarşı keçiriləcək cavab matçının hazırlıqlarına başlayıb. Onlar gözləniləndən daha tez avrokuboklardan uzaqlaşaca biləcəyini anlayır. Onlar başa düşür ki, 3 top fərqini azaldaraq Azərbaycan klubunu keçmək şansı çox azdır. Bundan əlavə, “Sabah” kombinasiyalı futbol oynayır və istənilən vaxt qol vura bilər. İsrail klubu böyük qüvvə ilə hücuma keçməli olacaq. Bu da "Sabah"a sərf edəcək. 

Eyni zamanda, Hayfa klubu çempionata hazırlığı davam etdirmək üçün cavab qarşılaşmasında təcili qələbəyə ehtiyac olduğunun fərqindədir: “Biz “Makkabi”yik və cavab oyununa ağ bayraqla çıxmaq fikrimiz yoxdur. Biz mümkün olan hər şeyi edəcəyik və nə olacaqsa, olacaq” şüari "Makkabi" tərəfindən gəlib. Bu komandanın futbolçuları Maor Qandil və Abdulaye Sekanın "Sabah"a qarşı oynaya biləcək".

Komandalar arasında cavab oyunu avqustun 1-də Masazırda, Bank Respublika Arena stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq

Xəbər xətti