İsrail millisinin veteran futbolçusu, hazırda futbol eksperti olan Eyal Berkoviç "Makkabi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın Kişvarda şəhərində “Sabah”a 0:3 hesabı ilə uduzmasına münasibət bildirib.
Sportal.az "1075.fm"ə istinadən xəbər verir ki, "Makkabi"nin (Hayfa) əfsanələrindən hesab olunan Berkoviç "Sabah"a məğlubiyyəti alçaldıcı nəticə olduğunu deyib:
"Niyə keçən cümə axşamı alçaldıcı məğlubiyyətə görə heç kim Barak Baharı tənqid etmir? Bu nəticədən hər şey qəribə idi. "Makkabi" "xəstədir" və onun futbol oynamaq istəyi yoxdur. Bundan əlavə, Konfrans Liqasından uzaqlaşmaq kluba iqtisadi zərbə demək olacaq”.
İsrail millisinin sabiq üzvü, “Makkabi”(Hayfa), “Sauthempton”, “Vest Hem”, “ançester Siti”, “Portsmut”, “Seltik” kimi komandalarda oynayıb.
saytlarin hazirlanmasi