"Sabah" - "Makkabi" görüşünə nə qədər bilet satılıb?

14:49 - 30 İyul 2024

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sabah" və “Makkabi” (Hayfa) klublarının Bakıda keçiriləcək cavab görüşü üçün indiyədək satılmış biletlərin sayı məlum olub.

Sportal.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Avqustun 1-də keçiriləcək matça 4500 bilet satılıb.

Biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" - "Makkabi" görüşü avqustun 1-də Masazırda, “Bank Respublika Arena”da keçiriləcək və oyuna 20:00-da start veriləcək. "Sabah" ilk oyunu Macarıstanda 3:0 məğlub edib. 

Xəbər xətti