"Sabah" vacib oyundan öncə azarkeşlərə müraciət etdi - VİDEO

17:31 - 30 İyul 2024

"Sabah" Konfrans Liqası II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Makkabi"ni (Hayfa) qəbul edəcək.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi İsrail klubu ilə oyundan öncə azarkeşlərə müraciət edib. Bununla bağlı klubun sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edilib.

Azarkeşlər matçın biletlərini "iticket.az" saytından, həmçinin "Bank Respublika Arena"nın kassalarından, "iticket"in "28 Mall" və "Gənclik Mall"dakı satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, "Sabah" - "Makkabi" qarşılaşması avqustun 1-i, saat 20:00 "Bank Respublika Arena"da keçiriləcək.

Xəbər xətti